Reportyor Didasa Namudjimbo Bukava şəhərində yaşadığı evin yaxınlığında peysərindən güllə ilə qətlə yetirilib. 34 yaşlı jurnalistin həyat yoldaşı və iki övladı var idi. Qeyd edək ki, bu, son illərdə Bukava şəhərində öldürülən «Okapi» radiostansiyasının ikinci əməkdaşıdır. Namudjimbonun həmkarı Serj Maxeşe 2007-ci ildə öldürülmüşdür və hər iki qətl oxşardır.
Xatırladaq ki, son 10 ildə Konqoda vətəndaş müharibəsi gedir və orada BMT sülhməramlıları yerləşdirilib.
Mənbə: lenta.ru