Moskvada İTAR-TASS İnformasiya Agentliyində “Baku” jurnalının baş redaktoru Leyla Əliyeva jurnalın ingilisdilli versiyasının işıq üzü görməsi və qaşıdan gələn təqdimetmə mərasiminə həsr olunmuş mətbuat-konfransı keçirib.
Baş redaktor 4 il öncə jurnalın rus versiyasının buraxıldığını xatırladaraq deyib: “O vaxtdan “Baku” jurnalının beynəlmiləl versiyasını yaratmaq niyyətində olduğunu bildirib. “İndi jurnal təkcə Bakı və Moskvada deyil, həmçinin, London, Paris, Berlin, Roma, Nyu-York və digər şəhərlərdə oxunacaq”.
O, Azərbaycanın zəngin mədəniyyəti, tarixi və təbiətindən bəhs edən “Baku” jurnalının ildə 4 dəfə çıxacağıdan şad olduğunu vurğulayıb, ingilisdilli versiyanın ərsəyə gəlməsində qarşıya çıxan çətinliklərdən də danışıb.
Gələcək planlar barədə SalamNews-un Moskva müxbirinin sualını cavablandıran Leyla Əliyeva gələcəkdə “Baku” jurnalını bütün dünyada təqdim etmək niyyətində olduğunu bildirib. “Sabah Moskva, noyabrın 18-də isə Bakıda təqdimetmə mərasimi keçiriləcək. Gələcək planlarda isə Paris, Berlin, və Nyu-York da var. Digər dillərə gəldikdə isə bu bir qədər çətin olacaq. Çünki təkcə rusdilli materialı digər dilə tərcümə etməklə məsələ həll olunmur. Hər bir dil yeni yanaşma tələb edir”, -baş redaktor söyləyib.
Leyla Əliyeva jurnalın nəşr olunmasında əsas məqsədin turist cəlb etmək deyil, ölkəmizin tarixi, mədniyyəti və gözəllikləri barədə məlumat verməkdən ibarət olduğunu, “Avroviziya-2012” müsabiqəsi üçün jurnalın xüsusi sayının çağ olunacağını vurğulayıb.
İTAR-TASS-ın baş direktorunun müavini Mixail Qusman isə jurnalın həmin sayının təqdimetmə mərasiminin martda agentlikdə keçiriləcəyini xatırladıb.