“Vikiliks” saytının sahibi barədə bəd xəbər

“Vikiliks” saytının sahibi barədə bəd xəbərLondon məhkəməsi “Vikiliks” saytının yaradıcısı Culian Assancın İsveçə qaytarılması qərarını təsdiqləyib. Modern.az saytının “Anadolu” Agentliyinə istinadən verdiyi xəbərə görə, İngiltərədə apellyasiya şikayətinə baxan məhkəmə İsveç tərəfindən iki qadına təcavüz etməkdə təqsirləndirilən Assancın hələ fevral ayında bu ölkəyə qaytarılmasına qərar vermişdi. Apellyasiya məhkəməsinin bu günki qərarı isə Assancın İsveçə qaytarılması təsdiqlənib.

Culian Assancın məhkəmə prosesini çox sayda media nümayəndəsi də izləyib. Assancın İngiltərədə yüksək məhkəmə sayılan Konstitusiya Məhkəməsinə və ya Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcəyi gözlənilir.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO