“WikiLeaks” saytı Amerika diplomatik yazışmasına aid sənədlərin nəşrini dayandırıb.
Bu barədə oktyabr ayının 24-də sayt rəhbərliyinin bəyanatına istinadən “Agence France-Presse” xəbər verib.
Bəyanatda qeyd edilib ki, qərar maliyyə problemi ilə əlaqədar qəbul edilib. “Visa”, “Mastercard” və “PayPal” ödəmə sistemlərinin fəaliyyətlərini sayt rəhbərliyi “blokada” adlandırıb.
“Twitter”dəki mikrobloqda dərc edilmiş “WikiLeaks” hesablamalarına əsasən, ödəmə şirkətlərinin fəaliyyəti nəticəsində sayt 40 milyondan 50 milyona qədər avro almayıb.
Qeyd edək ki, saytın fəaliyyəti ildə 3,5 milyon dollara başa gəlir. “WikiLeaks” saytı İraq və Əfqanıstanda keçirilmiş hərbi əməliyyatlar haqqında məxfi sənədlərin nəşrindən sonra məşhurlaşıb.