Gəncənin icra başçısı keçmiş jurnalistin təklifini qəbul edib

Dünya Gənclər Bankı Şəbəkəsi MDB ölkələri üzrə Regional Ofisinin rəhbəri Vüsalə Hüseynli Gəncə şəhərində işgüzar səfərdə olub.
Səfər cərçivəsində regional ofisin rəhbəri Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyevlə görüşüb.
Dünya Gənclər Bankı Şəbəkəsi MDB ölkələri üzrə Regional Ofisinin İctimaiyyətlə Əlaqələr Departamentindən Modern.az-a bildirilib ki, görüş zamanı V.Hüseynli Dünya Gənclər Bankı Şəbəkəsi MDB ölkələri üzrə regional ofisi haqda şəhər rəhbərliyinə ətraflı məlumat verib. Qarşılıqlı fikir doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Eyni zamanda Gəncə şəhər İçra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhərdə aparılan abadlıq və quruculuq işləri ilə bağlı ətraflı danışıb.
Ofisin rəhbəri V.Hüseynli öz növbəsində 2011-2012-ci tədris ili üçün Bankın hesabına Gəncə şəhərindən olan 10 nəfərə yaxın gəncin Şimali Kipr Türk Cumhuriyyətində təhsil almaları üçün göndərilmələri təklifini şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyevin diqqətinə catdırıb.
Təklif şəhər rəhbərliyi tərəfindən məmnunluqla qarşılanıb.
Daha sonra ikitərəfli əlaqələrin genişlənməsi məqsədi ilə Gəncə şəhərində keçiriləçək tədbirlərdə Dünya Gənclər Bankı Şəbəkəsi MDB ölkələri üzrə Regional Ofisi ilə əməkdaşlıq edilməsi məsələləri barədə də fikir mübadiləsi aparılıb.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO