4100 əməkdaşdan ibarət (onlardan 3000-i jurnalistlərdir) şirkətin işçi heyəti 400 nəfər azaldılacaq. Şirkətin icraçı direktoru Tom Kerlinin sözlərinə görə, həmin tədbirlər ildə xərclərin 25 milyon dollara qədər azaldılmasına imkan yaradacaq. İxtisarların 162 yaşlı AP agentliyinin işinə necə təsir edəcəyi hələ sual altındadır. Qeyd edək ki, agentliyin dünyada 240 bürosu, informasiya abunəçisi kimi isə 1500 ABŞ qəzeti var.
Mənbə: lenta.ru