8 sentyabra tədbir
Azərbaycan Mətbuat Şurasında (MŞ) sentyabrın 8-də Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü ilə bağlı «dəyirmi masa» keçiriləcək. MŞ-dan APA-ya verilən məlumata görə, ölkənin tanınan, ictimai fikrə təsir göstərən media orqanlarının, jurnalist birliklərinin nümayəndələrinin, ekspertlərin qatılacaqları tədbirdə Azərbaycan jurnalistikasının hazırkı durumu, problemləri və perspektiv vəzifələri ətrafında fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü 1958-ci ilin mayından qeyd edilir. Həmin il Buxarestdə keçirilən Beynəlxalq Jurnalistlər Təşkilatının IV konqresində bununla bağlı qərara gəlinib. Dünya mediası üçün əlamətdar sayılan bu tarix 1943-cü ilin sentyabrın 8-də hitlerçilər tərəfindən qətlə yetirilmiş çex jurnalisti Yulius Fuçikin xatirəsinə təsis olunub.