Əflatun Amaşov: “Modern.az-ı Azərbaycanın media məkanında hələ çox uzun yol gözləyir “

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Modern.az xəbər portalının 2 yaşı münasibətilə baş redaktor Elşad Eyvazlıya təbrik ünvanlayıb. Ə.Amaşovun təbrikində deyilir:

– Hörmətli Elşad müəllim,

Sizi rəhbərlik etdiyiniz kütləvi informasiya vasitəsinin 2 yaşının tamam olması münasibətilə ürəkdən təbrik edir, Sizə və kollektivinizə ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Modern.az qısa müddət ərzində yeni təşəkkül tapmaqda olan internet medianın cəmiyyətdəki yeri və rolu, fəaliyyət dairəsinin spesifik cəhətləri ilə bağlı kifayət qədər bitkin təsəvvür formalaşdırmağa nail olub. Portal rəngarəng dəst-xətti ilə ortaya bu yeniliyin nümunəsini qoymağı bacarıb. Özünəməxsus təqdimat tərzi və peşəkarlıq xüsusiyyətləri ilə seçilib.

Hesab edirəm ki, Modern.az-ı Azərbaycanın media məkanında hələ çox uzun yol gözləyir. Portal əməkdaşlarına bu yolda yeni-yeni uğurlar, çoxsaylı ad günləri, yubileylər arzulayır, hər birinin müqəddəs Ramazan bayramını təbrik edirəm.

Hörmətlə,
Əflatun Amaşov,
Azərbaycan Mətbuat Şurasının sədri.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO