Azərbaycanda dörd teleradio şirkətinin lisenziyasının müddəti uzadılıb

Azərbaycanda dörd teleradio şirkətinin lisenziyasının müddəti uzadılıb. Bu barədə cümə günü Trend-ə Milli Televiziya və Radio Şurasının mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, sentyabrın 2-də MTRŞ-nın növbəti iclası keçirilib. İclasda “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) televiziya, radio və əlavə informasiya yayımı, “BURC FM LTD” MMC-nin radio yayımı, “Kəpəz Müstəqil Teleradio Şirkəti” MMC-nin regional televiziya yayımı və “DİGİCOM” MMC-nin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətlərinə baxılıb.

MTRŞ “Televiziya və radio yayımı haqqında” qanunun 22.3-cü maddəsinin tələblərini rəhbər tutaraq “Azərbaycan Televiziya və Radio Verilişləri” AvTV-nin televiziya, radio və əlavə informasiya yayımı, “BURC FM LTD” MMC-nin radio yayımı, “Kəpəz Müstəqil Teleradio Şirkəti” MMC-nin regional televiziya yayımı, “DİGİCOM” MMC-nin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin daha 6 il uzadılması barədə qərar qəbul edib.

Milli.Az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO