Tanınmış jurnalist Qızılgül Abdinova Bakı şəhərində sahıbsız itlərin artmasıyla bağlı mətbuatda “sos” verib. Modern.az-a açıqlamasında Q.Abdinova xüsusilə də son günlər Azərbaycanda heyvanlar arasında quduzluğun artması səbəbindən sahıbsiz itlərlə bağlı müvafiq tədbirlərin görülməsinin təxirəsalınmazlığını vurğulayıb.
“Bu tədbirlərin nədən ibarət olacağını bu işlə məşğul olacaq qurumlar özləri müəyyənləşdirməlidirlər. Bununçün beynəlxalq təcrübədən istifadə etmək olar. Əsas odur ki, bu təhlükə tezliklə aradan qaldırılmalıdır. Biz hansısa fəsadların törənməsini və epidemiya təhlükəsinin reallaşmasını gözləməməliyik”.
Jurnalist mətbuatı bu məsələnin həllinə çalışmağa çağırıb.