Ötən ilin müvafiq dövründə bu göstərici 1,96 mlrd. dollar olub
ABŞ-ın “Google Inc.” internet korporasiyasının xalis mənfəəti cari ilin I rübündə 17,3% artaraq 2,3 mlrd. dollar təşkil edib.
Simsar.az -ın xəbərinə görə, ötən ilin müvafiq dövründə bu göstərici 1,96 mlrd. dollar olub.
Hesabat dövründə şirkətin gəlirləri 29% artaraq 5,06 mlrd. dollardan 6,54 mlrd. dollara çatıb. Əməliyyat mənfəəti isə 22,8% artaraq 2,58 mlrd. dollardan 3,17 mlrd. dollara yüksəlib.
Qeyd edək ki, qərargahı Mauntin-Vyu şəhərində yerləşən “Google” korporasiyası dünyanın ən məşhur internet axtarış sisteminə sahibdir. Bu sistem ayda 41 mlrd. 345 mln. sorğunu emal edir. 1998-ci ildə Stenford Universitetinin tələbələri Larri Peyc və Sergey Brin tərəfindən yaradılan şirkətin 23 min əməkdaşı var. “Google”nin bazar kapitallaşması 195 mlrd. dollar təşkil edir.