Enn Dersi «Amerikanın səsi», «Azadlıq» və «Bi-Bi-Ci» radiostansiyalarının fəaliyyətinin dayandırılacağı xəbəri onları çox narahat edir. «Biz mövcüd məsələləri həll etmək üçün Azərbaycanla əməkdaşlıq edəcəyik ki, xalq müstəqil informasiyaya dair əhəmiyyətli mənbələrdən məhrum edilməsin», – deyə, səfir vurğulayıb. Onun sözlərinə əsasən, radiostansiyaların peyk və İnternet yolu ilə yayımına dair variantlar təklif olunur.
Mənbə: day.az