Mart ayının 28-də Tbilisidəki “Varlıq” Mədəniyyət Mərkəzində Şövkət Dağlarqızının “Axtar kitabımı, al oxu məni” adlı kitabının təqdimat mərasimi keçirilib. Kitab Azərbaycan Yazıçılar Birliyi Gürcüstan Bölməsinin və “Varlıq” Mədəniyyət Mərkəzinin dəstəyi ilə çapdan çıxıb. Tədbiri “Varlıq” Mədəniyyət Mərkəzinin rəhbəri, şair Rafiq Hümmət açıb, müəllifin həyat və yaradıcılığı barədə məlumat verib. Qeyd edək ki, ötən il Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan Bölməsi və “Varlıq” Mədəniyyət Mərkəzinin dəstəyi ilə Azərbaycan dilində 7 kitab nəşr olunub.