Mart ayının 9-da Azərbaycan Yazıçılar Birliyində Xalq Şairi Nəriman Həsənzadənin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan AYB-in sədri, Xalq Yazıçısı Anar şairin orijinal yaradıcılığından, istedadından, Azərbaycan poeziyasına verdiyi töhfədən danışıb. Milli Məclisin mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Xalq Şairi Fikrət Qoca, Yazıçılar Birliyinin katibi, Xalq Yazıçısı Çingiz Abdullayev və başqaları yubilyarı təbrik edib. Nəriman Həsənzadə tədbirin təşkilatçıları və iştirakçılarına minnətdarlığını bildirib.