«Əvvəllər M.Hüseynov müalicə kursunu Penitensiar Xidmətin tibb müəssisəsində keçib. Jurnalist vərəm xəstəsidir və səhhətində ciddi problemlər müşahidə olunur», – deyə C.Hüseynov bildirib.
Xatırladaq ki, 21 yanvar 2008-ci il tarixində Ağır Cinayətlərə dair Məhkəmə M.Hüseynovu rüşvət aldığına görə 6 il müddətinə azadlıqdan məhrum etmişdir. Apelyasiya məhkəməsi isə jurnalistin cəza müddətini 5 ilə qədər azaltmışdır.
Mənbə: day.az