Vüqar Səfərli: “Jurnalistlər üçün evin eskizi hələ təsdiqlənməyib”

Layihənin eskizi təsdiq edilmək üçün Bakı şəhər İcra Hakimiyətinə göndərilib

Jurnalistlər üçün tikilməsi nəzərdə tutlan evin eskizi hələ təsdiqlənməyib. Bu barədə Modern.az-a Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib.

“Jurnalistlər üçün tikiləcək evin eskizi hələ təsdiqlənməyib. Layihənin eskizi təsdiq edilmək üçün Bakı şəhəri İcra Hakimiyətinə göndərilib”-deyən V.Səfərlinin sözlərinə görə, şəhər meriyası eskizi təsdiq etdikdən sonra binanın təməlma vaxtı ilə bağlı məsələlər barədə KİVDF rəsmi açıqlama yayacaq.

Qeyd edək ki, jurnalistlər üçün nəzərdə tutlmuş ev 16 mərtəbəli və üç blokdan ibarət olacaq.
Ölkə başçısı bunun üçün 5 milyon manat ayırıb.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO