Belə ki, məhkəmə həmçinin N.Quliyev barəsində axtarış elan olunmasına dair qərar verib. Qeyd edək ki, məhkəmənin qərarı baş Prokurorluğun təqdimatı əsasında çıxarılıb və hazırda Nazim Quliyevlə bağlı icraatda 7 cinayət işi var.
Xatırladaq ki, bu günlərdə Mətbuat şurası «İdeal» qəzetinə qarşı Baş Prokurorluğa şikayət göndərmişdir. Söhbət «Azərittifaq»ın sədri, Azərbaycan-Türkiyə Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı və Qarabağ müharibəsi veteranı Sabirə Mahmudovanın şikayətlərindən gedir. Onların hər biri sözügedən nəşrdə şərəf və ləyaqətlərinin təhqirinə yönəlmiş materialların dərc olunduğunu vurğulayırlar.
Mənbə: Day.Az