Türkiyənin paytaxtı Ankarada keçirilən “Türk dilində danışan ölkələrin media forumu”nda iştirak edən Azərbaycan media təmsilçiləridən Qadın Jurnalistlər Assosiasiyasının sədri Sevil Yusifova və “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal “Kanal B” televiziyasında “Avrasiyadan xəbərlər” proqramının qonağı olublar.
Modern.az-ın məlumatına görə, canlı yayında proqramın aparıcısı Ceylan Ersozun suallarını cavablandıran azərbaycanlı jurnalistlər Ankarada keçirilən media forumun Türk dunyasə üçün əhəmiyyətindən danışıblar. Azərbaycanın işğal olunmuş torpaqları haqda danışan media təmsilçilərimiz Türk dünyası mediasını bu məsələyə xüsusi həssaslıq göstərməyə çağırıblar.
Modern.az