Milli Məclisin rəsmi orqanı olan “Azərbaycan” qəzeti “İnkişafın Azərbaycan modeli” adlı kitab nəşr edib.
Modern.az saytının məlumatına görə, kitabın ideya rəhbəri Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, redaktoru isə professor Əli Həsənovdur.
Sabah Beynəlxalq Mətbuat Mərkəzində kitabın təqdimatı olacaq.
Tədbirdə dövlət və hökumət nümayəndələri, deputatlar, media mənsubları iştirak edəcəklər.
Modern.az