KİV müasir inkişaf mərhələsində

Ona görə də əsrin əvvəllərində jurnalist kadrların hazırlanması problemi meydana çıxdı. Bu problemə iki zidd yanaşma meydana çıxdı. Bəziləri hesab edirdilər ki, jurnalist üçün ən yaxşı məktəb qəzet və jurnal redaksiyası olmalıdır, burada zəruri təcrübə keçmək mümkündür. Başqaları, xüsusi jurnalist məktəblərinin yaradılmasının zəruriliyinə əmin idilər.
İlk jurnalist məktəbi (təlim səviyyəsi ilə universitet standartlarına uyğun olan) 1908-ci ildə Missuri ştatının Universitetinin nəzdində idi. Cozef Pulitser Nyu-Yorkda Kolumbiya Universitetində jurnalist məktəbinin açılmasına 2 milyon dollar verdi və bunun sayəsində 1912-ci ildə məktəb açıldı. Analoji jurnalist məktəbləri Almaniya, İngiltərə, İtaliya və başqa ölkələrdə açılmağa başladı. ABŞ-da gündəlik qəzetlərin ümumi sayı 1915-ci ilə qədər 2200-ə çatmışdı, lakin 1915-ci ildən sonra bəzi səbəblərdən onların sayı azalmağa başladı (müqayisə üçün: 1915-ci ildə gündəlik qəzetlərin sayı 1586-ya düşmüşdü). Səbəblərdən biri – dövrü nəşrlərin birləşməsi tendensiyasının yaranması idi. 1916-cı ildə Frenk Mansi bir sıra qocaman Nyu-York qəzetinin birləşməsini həyata keçirdi. Onun bu fəaliyyəti nəticəsində «The New York Sun», «The New York Tribune», «The New York Herald» kimi məşhur nəşrlər birləşməyə məruz qaldılar. ABŞ-ın müharibədən sonrakı ideoloji ekspansiyası, hal-hazırda qlobal dövri nəşrlər sayılan «Financial Times» və ya «The International Herald Tribune» qəzetlərinin yaranmasına gətirib çıxartdı. Bu mənada, «The New York Herald» Paris nəşrinin bazasında, Nyu-York nəşrinin «The New York Times»la rəqabət mübarizəsini uduzan zaman yaradılmış «The International Herald Tribune» qəzetinin aqibəti maraqlıdır. Hal-hazırda Qannet şirkəti, Rupert Merdokun maliyyə qrupu, Nyuhauz qəzet tresti, Herstin nəşriyyat tresti və əksəriyyəti yalnız qəzet-jurnal hasilatı ilə deyil, həm də radiostansiya və telekanallardan, kabel televiziyası sistemlərindən fəal istifadə etməklə məşğul olan bir neçə başqa korporasiya ABŞ-ın nəşrlər aləmində iri monopoliyalardır. Jurnallar, eləcə də yeni şəraitə uyğunlaşmaq üzrə işlər görmək məcburiyyətində idilər. 1923-cü ildə Henri Lyus və Brayton Hedden Amerika mətbuatı tarixində ilk «xəbərlər jurnalı» olan «Time» həftəlik jurnalının nəşrinə başladılar. Sonralar Lyus həmin informasiya formasını davam etdirən «Fortune», «Life», «Sports Illustrated» jurnallarını aldı. «Time» jurnalı «xəbərlər jurnalı» kimi, indi də öz liderliyini saxlayır. «Time» jurnalı ilə birlikdə belə nəşrlər arasında aparıcı üçlük təşkil edən «Newsweek» və «U.S. News and World Report» jurnalları artıq ona yaxınlaşmışlar. Onlar hamısı beynəlxalq nəşrlərdir ki, bu da dövri nəşrlərin qloballaşması tendensiyasını əks etdirir. Ümumilikdə, jurnallar KİV strukturunda öz yerlərini saxlaya bilmişlər – 1990-cı illərin ortalarında ABŞ-da 11000-dən çox jurnal nəşr edilirdi. 1980-cı illərdə KİV-in inkişafı kabel televiziyası, peyk yayımı, audiovizual məhsulların yeni növləri (videokassetlər, CD-nin müxtəlif növləri), şəxsi kompüterlər, kompüter informasiya şəbəkələri (internet), videomətnlər kimi fenomenlərin yaranması ilə daha da zənginləşdi. 5 əsas televiziya şəbəkəsindən (LBS, CBS, NBC, Fox, PBS) başqa ABŞ-da 500-ə yaxın kabel televiziyası kanalları mövcuddur. Bu kanallar müəyyən tamaşaçı auditoriyasına nəzərdə tutulması ilə fərqlənirlər. Yeni kommunikasiya texnologiyalarından istifadə olunması formalaşmış elektron KİV bazarına daxil olmağa kömək edə bilər. Beləliklə, CNN (mərkəz – Atlanta, Corciya ştatı) kabel teleşəbəkəsi Ted Terner tərəfindən 1980-cı ildə yaradılmışdır. Yeni teleşirkətin işi sutka ərzində xəbərlər yayımı üzərində qurulmuşdur. CNN-in xəbərləri, həm də öz qeyri-adi operativliyi ilə fərqlənir, bu teleşirkətin müxbirləri planet ən qaynar nöqtələrində işləyir, məlumatları ani olaraq CNN-in növbəti xəbərlər blokuna çatdırırlar. Bu kabel şəbəkəsinin hesabında başqa şəbəkələri qabaqlayan bir çox məlumatlar və mühüm hadisələrdən reportajlar vardır: Amerika senatında proseslərin canlı yayımı, prezident Reyqan və Roma Papasına olan sui-qəsdlər, Britaniya taxtının varisinin nigahı və Misir prezidentinin öldürülməsi haqqında reportajlar. Ci-En-En startdan bir neçə saniyə sonra partlamış «Çelencer» kosmik gəmisinin buraxılması haqqında məlumat verən yeganə şəbəkə olmuşdur. 1996-cı ilin oktyabrında Ted Tyornerin korporasiyasının Time Warner televiziya və kino korporasiyası ilə birləşməsindən sonra CNN, maliyyə vəziyyəti informasiya biznesində kompaniya üçün daha geniş imkanlar yaradan yeni birliyin tərkibinə daxil oldu. Amerika elektron KİV-inin fəal genişlənməsi mass-mədəniyyətinin Amerika standartları diktatının yaranması və milli xüsusiyyətlərin itməsi (lakin bu məsələ heç də birmənalı deyil) ilə bağlı problemləri ortaya çıxarır. Musiqi ekspansiyasına misal olaraq, bu yaxınlarda «Super Channel» Avropa kanalını almış Amerikanın MTV (Avropada çox populyar olan) musiqili peyk kanalını göstərmək olar. Hal-hazırda 10 Avropa peyk kanalı Amerika kompaniyalarına məxsusdur.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO