“Wikileaks” “öldürüldü”

Dünyanı çaxnaşmaya salan saytın fəaliyyəti dayandırıldı

ABŞ diplomatlarının məxfi yazışmalarını və Pentaqonun məxfi sənədlərini yayımlayan “Wikileaks.org” saytının fəaliyyəti dayandırılıb. Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bu gün səhərdən sayta daxil olmaq mümkün deyil.

“Wikileaks”ın “Tvitter”dəki mikrobloqunda bildirilir ki, Amerikanın “EveryDNS.net” servisi “Wikileaks.org” saytını “öldürüb”. “Wikileaks” bunu sayta DDOS hücumlarla əlaqələndirib.

“EveryDNS.net”in saytında da qeyd edilir ki, “Wikileaks”a dekabrın 2-nə kimi DNS adresi verib və hazırda servisin qaydalarına uyğun olaraq xidmət dayandırılıb.

Qeyd edək ki, “Amazon” şirkəti də dünən “Wikileaks.org” saytına server xidməti göstərməyi dayandırıb.

LENT.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO