Azərbaycan və İordaniya Haşimilər Krallığının milli kitabxanaları qarşılıqlı əməkdaşlıq edəcək. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində təmsil olunan Mirzə Fətəli Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirovla və İordaniya milli kitabxanasının direktoru arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb. Görüş zamanı Azərbaycan milli kitabxanası tərəfindən mədəniyyətimizi, tariximizi əks etdirən, eyni zamanda Qarabağa həsr olunmuş kitablar hədiyyə edilib.