Prezident İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamına əsasən Sədərək Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə əlavə olaraq 2153 nüsxə kitab verilib.
Bu kitabların arasında Azərbaycanın və dünya klassiklərinin əsərləri var. Kitabxananın kitab fondu 31 min 300 nüsxəyə çatıb.