Azərbaycan media nümayəndələrinin Şimali Kipr Türk Cumhuriyyətinə səfəri başlayıb. Azərbaycan Mətbuat Şurasının Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı “Beynəlxalq media təcrübəsinin öyrənilməsi və tətbiqi” layihəsi çərçivəsində baş tutan səfər noyabrın 10-dan 16-dək davam edəcək.
Ölkəmizin media təmsilçiləri Şimali Kipr Türk Cumhuriyyətdə ictimai-siyasi xadimlərlə, yerli jurnalistlərlə görüşlər keçirəcək, kütləvi informasiya vasitələrinin iş təcrübəsilə yaxından tanış olacaqlar. Səfər çərçivəsində buradakı ali təhsil ocaqlarında jurnalistikanın tədrisi vəziyyətinin öyrənilməsinə də xüsusi diqqət yetiriləcək. Qeyd edək ki, Şuranın mövcud layihəsi çərçivəsində Azərbaycan media nümayəndələrinin Türkiyəyə də səfəri təşkil edilib.