Şəhər və rayon mərkəzləşdirilmiş kitabxana sistemlərinin direktorları üçün Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin mütəxəssisləri tərəfindən Sumqayıt, Lənkəran, Gəncə şəhərlərində qısa müddətli təlimlər keçirilib. Sumqayıt şəhərində keçirilən təlimlərdə respublikanın 20, Lənkəran şəhərində 14 , Gəncə şəhərində 23 şəhər və rayonun mərkəzləşdirilmiş kitabxana sistemlərinin direktorları iştirak ediblər. Təşkil olunmuş təlimlərdə Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana sektorunun müdiri Lətifə Məmmədova, məsləhətçi Samir Abbasov, Mədəniyyət Müəssisələri işçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin direktoru Ramazan Şabanov iştirak və çıxış ediblər. Təlimləri Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin mütəxəssisləri Nəzakət Rəhmanova, böyük metodist Ruhiyyə Namazova, baş metodist Aygün Hüseynova və aparıcı mühəndis-proqramçı Tural Qədirov aparıblar. Təlimləri uğurla başa çatdıran kitabxana rəhbərlərinə vəsiqələr təqdim olunub.