Qeyd edək Ki, Muhiddin Olimpur 12 dekabr 1995-ci il tarixində tapançadan açılan iki güllə ilə qətlə yetirilmişdir. Nasrulla Şarifov günahını etiraf edərək qətli həyata keçirdiyini bildirmişdir. Qətlin daha iki iştirakçısı hələ 2003-cü ildə 15 və 22 il müddətinə azadlıqdan məhrum edilmiş, məhkəmə prosesi zamanı Rusiya ərazisində quldurluğa görə cəza çəkən qatil Şarifov barəsində isə hökm çıxırılmamışdır.
Mənbə: lenta.ru