Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəşri olan “Dövlət və Din” ictimai fikir toplusunun 2010-cu ildə 5-ci sayı işıq üzü görüb. Komitənin mətbuat xidmətindən verilən məlumata görə, toplu Azərbaycan prezidenti İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına və Roş-Ha-Şana – Yeni il bayramı münasibətilə Azərbaycanın yəhudi icmasına təbriki ilə açılır. “Rəsmi guşə”də, həmçinin Prezident İlham Əliyevin müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul etməsi, Şeyxülislam Allahşükür Paşazadənin Ramazan ayı münasibətilə təşkil etdiyi iftar mərasimində olması haqda məlumat verilib. Əvvəlkilərdən fərqli olaraq, bu sayda rus dilində iki məqalə verilib. Toplunun digər bölmələrində maraqlı yazılar öz əksini tapıb.