Onun sözlərinə görə, 3 oktyabr tarixinə qədər ölkədəki seçkilərin gedişi izləyəcək 884 beynəlxalq müşahidə qeydə alınıb. M.Pənahov müşahidəçilərin qeydiyyat prosesinin oktyabrın 5-də başa çatacağını bildirib. KİV nümayəndələri tərəfindən seçkilərin izlənməsi mövzusuna toxunan MSK sədri: «Yerli KİV-in nümayəndələri seçkiləri azad şəkildə izləyə bilər və bunun üçün onların qeydiyyatdan keçməsi tələb olunmur. Xarici KİV-lər isə qeydiyyatdan keçməli olacaq».
Mənbə: APA