Sabiq prezident Kuçma jurnalist Qonqazdenin qətlinə görə istintaqa cəlb oluna bilər

Ukrayna Baş Prokurorluğu müxalifətçi jurnalist Georgi Qonqazdenin qətlilə bağlı istintaq çərçivəsində keçmiş prezident Leonid Kuçmaya qarşı cinayət işinin açılmasından imtina barədə qərarı ləğv edib. Bu barədə baş prokurorun müavini Renat Kuzmin məlumat verib.

“Eks-prezident Leonid Kuçma və digər siyasətçilərə qarşı cinayəti şinin açılmasından imtina barədə qərar ləğv edilib” – deyə R.Kuzmin bildirib. Onun sözlərinə görə, “iş üzrə qətlə aidiyyəti olan bütün şəxsləri aşkar etmək tapşırığı verilib”. “İstintaqın müddəti mənim tərəfimdən artırılıb. Dünən müttəhim – DİN-in cinayət kəşfiyyatının keçmiş şefi Aleksey Pukaçın saxlanma müddəti məhkəmə tərəfindən uzadılıb. Bu cinayətin istintaqı yenidən bərpa olunub” – deyə baş prokurorun müavini qeyd edib.

Kuzmin Kuçmanın “jurnalistin qatilini axtarmayacaqlar, təyin edəcəklər” fikrilə razılaşmayıb. “Leonid Daniloviç bir eks-prezident kimi buna əmindir. Mən isə əminəm ki, qatil axtarılacaq və ümid edirəm ki, tezliklə biz istintaqı yeni nətiəcələrlə başa vuracağıq” – deyə Kuzmin vurğulayıb.

Sentyabr ayında Ukrayna Baş prokurorluğu Georgi Qonqazdenin qatilinin keçmiş daxili işlər naziri Yuri Kravçenko olduğunu bildirmişdi. Kravçenko 2005-ci ildə özünü başına vurduğu 2 güllə ilə öldürüb. Onun qohumları prokurorluğun qərarından şikayət verəcəklərini bildirmişdilər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO