Onun evində axtarış aparılıb, kompüteri və bəzi sənədlər müsadirə edilib. T. Özkanla birlikdə daha 8 nəfər həbs olunub. Qeyd edək ki, T. Özkan Türkiyənin mövcud hökumətinə qarşı ən kəskin müxalif mövqeyi ilə tanınan şəxslərdən biridir. “Biz kaç kişiyiz” (“Biz neçə nəfərik”) adlı ictimai hərəkatın lideri olan jurnalist bu hərəkatın bazasında siyasi partiya yaradacağını açıqlamışdı. T. Özkan bir müddət əvvəl sahibi olduğu “Kanaltürk” telekanalını satmağa məcbur olmuş və “Kanal biz” adlı yeni telekanal açmışdı.
Mənbə: APA