Rusiyada çıxan “Soverşenno sekretno” qəzetinin baş redaktoru Qalina Sidorova istefaya gedir.
Qalina Sidorova bu qəzetdə baş redaktor postunu 2001-ci ildə tutub.
“Media forum” saytının məlumatına görə, Sidorova deyib ki, bu addımı qəzetin təsisçisi olan “Soverşenno sekretno” Nəşrlər Evinin prezidenti Veronika Borovik-Xilçevskaya ilə fikir ayrılığına görə atır.
Qalina Sidorova bu fikir ayrılığının nəşrin inkişafı ilə bağlı müxtəlif yanaşmalardan doğduğunu və siyasi xarakter daşımadığını vurğulayıb.
“Media forum”