Bundan əlavə, İdarə Heyəti Baş Polis İdarəsinin «Exo» və «Təzadlar», «Azərkontrakt» aksioner cəmiyyətinin «Aydın fikir», «Yeni Azərbaycan» nəşrinin «Azadlıq», 21 saylı orta məktəbin «Xüsusi təhqiqat» və Cəlilabadın Sərhədəbad kənd bələdiyyəsinin «Kirpi» jurnalına qarşı iddiaları ilə bağlı qərarlar çıxarıb. Həmçinin İdarə Heyətinin üzvləri jurnalist reketi ilə mübarizə komissiyasını yaradaraq, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadəni onun sədri seçiblər.
Mənbə: day.az