Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü professor Kamal Abdullanın Rumıniyanın «İDEEA Europena» nəşriyyatında Kamal Abdullanın rumın dilində “SA VORBIM AZERBAIDJANA. Limba şi cultura” (“AZƏRBAYCANCA DANIŞAQ. Dil və mədəniyyət”) adlı daha bir kitabı nəşr olunub. Azərbaycanın, onun mədəniyyətinin və dilinin xaricdə təbliğ edilməsinə layiqli töhfə olan bu nəşrin özəlliyi ondadır ki, o, təkcə Azərbaycan dili üzrə deyil, bütövlükdə ölkəmiz, onun tarixi, dili, ədəbiyyatı və mədəniyyəti, incəsənəti, coğrafiyası, o cümlədən Dağlıq Qarabağ həqiqətləri barədə rumın oxucularında dolğun təssəvvür yaratmaq baxımından dəyərli və etibarlı mənbə və “bələdçi”dir. “Dövlət emblemləri” sərlövhəsində dövlət atributları haqqında söz açılır, kitabda ölkəmizin coğrafiyası, iqlimi, daxili və xarici siyasəti, fauna və florası, geoloji stukturu və təbii sərvətləri, xalqımızın mənşəyi və digər sahələr haqqında rumın oxucularına məlumatlar verilir.