Azadlıq Radiosuna istinad edən Central Asian News informasiya agentliyi aksiyada 20 nəfərə yaxın insanın iştirak etdiyini bildirir. Onlar səfirliyin qapısını döyüb, içəri keçiblər. Hadisə yerinə gələn polis diplomatik nümayəndəliyin ərazisinə girmək hüququnun olmadığına görə müdaxilə edə bilməyəcəyini söyləyib. Qeyd edək ki, aksiya səfirlikdə iki saata yaxın davam edib. Yeri gəlmişkən, aksiya Parisdə «Avropa Birliyi – Mərkəzi Asiya» forumunun keçirildiyi bir vaxtda təşkil olunmuşdur.
Mənbə: lenta.ru