Blerin iştirakı ilə şou sentyabrın 18-də nümayiş etdiriləcək və söhbətin mövzusu qloballaşma problemləridir. Keçmiş baş nazirin mətbuat katibi deyib ki, Comedy Central kanalının prodüserləri çoxdan bəri Bleri «ələ keçirməyə çalışırdılar» və yalnız indi istədiklərinə nail oldular. Bir çox müşahidəçinin fikrincə, Bler tərəfindən bu qoçaq addımdır, çünki acıdilliyi ilə tanınan Con Styuartın bir qayda olaraq studiyaya dəvət etdiyi qonaqlara rəhmi gəlmir.
Mənbə: lenta.ru