Azərbaycanın sel basmış bölgələrində seçkilərin keçirilməsi ilə bağlı problem yaranmayacaq

 Azərbaycanın sel basmış bölgələrində seçkilərin keçirilməsi ilə bağlı problem yaranmayacaqAzərbaycanın sel basmış bölgələrində seçkilərin keçirilməsi ilə bağlı heç bir narahatlıq yoxdur. Bu barədə cümə günü Trend-ə Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat katibi Azər Sarıyev bildirib. “Seçki məntəqələrinin bina ilə təmin olunması işində bizə yerli icra hakimiyyəti orqanları kömək edir. Bütün məntəqələrimiz normal şəraiti olan binalarla təmin olunub”, – Sarıyev əlavə edib.
Cari ilin iyun ayında Kür çayının məcradan çıxması və digər çaylarda daşqınlar səbəbindən Azərbaycanın 40 rayonunun ərazisində subasma halları qeydə alınıb. Bu təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev dağılıb, 2 min ev qəzalı vəziyyətə düşüb, 76 min hektar əkin və örüş sahələrini su basıb.
MSK rəsmisi bildirib ki, dairələrlə mütəmadi olaraq əlaqə saxlanılır və hər hansı bir narazılıq doğuran informasiya daxil olmayıb.
Azərbaycanda parlament seçkilərinin 2010-cu il noyabrın 7-də keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.
Gələn həftə Azərbaycanda seçki kampaniyasına rəsmi start veriləcəyi gözlənilir./Trend/

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO