Bayırbek Ceyenbekovu məhkəmənin qərarını icra etməməkdə günahlandırırlar, qanunvericiliyə görə onu cərimə, yaxud iki il müddətinə qədər həbs qətimkan tədbiri gözləyir. Söhbət Bişkek rayon məhkəmələrinin biri tərəfindən iyunun əvvəllərində «Alibi» qəzetinin üzərinə cərimənin qoyulmasından gedir. Belə ki, qəzet bir milyon som (29 min dollar) məbləğində cəriməni Qırğızıstan prezidentinin bacısı oğluna ödəməlidir. Babırbek Ceyenbekov isə sözügedən məbləği cibindən ödəməyəcəyini bəyan edib. Jurnalist hazırda paytaxt parlamentində keçiriləcək seçkilərdə qeydə alınmış namizəd olduğunu və odur ki, seçki qanunvericiliyinə görə Mərkəzi Seçki Komissiyasının razılığı olmadan cinayət təqibinə düşmədiyini vurğulayıb. Onun həbsinə Qırğızıstan Mərkəzi Seçki Komissiyasının sanksiya verib-verməməsi haqqında isə hələlik məlumat yoxdur.
Mənbə: lenta.ru