Demokratik Jurnalistlər Liqasının 2010-cu ilin iyun ayı üçün söz və mətbuat azadlığı sahəsindəki vəziyyətlə bağlı apardığı monitorinqin nəticələrini açıqlayıb.
Demokratik Jurnalistlər Liqasından Lent.az-a verilən məlumata görə, iyun ayı ərzində 32 fakt qeydə alınıb.
Bu sıraya qəzet satışı sahəsindəki problemlər, məqalə müəlliflərinin məhkəməyə verilməsi, sorğuların müvafiq qurumlar tərəfindən cavablandırılmaması, jurnalist Elman Huşan oğlu Malıyevin saxlanılması, “Yeni Müsavat” qəzeti ilə bağlı məhkəmə prosesi və s. daxildir.
LENT.AZ