Dünən səhər ATV telekanalının iki əməkdaşı Yasamal Rayon Hərbi Komissarlığında fiziki hücuma məruz qalıb.
ATV-dən “Turan”-a verilən məlumata görə müxbir Zaur Zahidoğlu (Hüseynov) və operator Ramin Şahbazov ciddi bədən xəsarəti alıb. Hər iki əməkdaş məhkəmə tibbi ekspertizaya müraciət edib.
Jurnalistlərin həmkarları bildirib ki onlar Hərbi Komissarlıqda orduya hərbi çağırışla bağlı reportaj hazırlayıb. Lakin məlum olmayan səbəblərdən onlar zabitlər tərəfindən möhkəm döyülüblər. Hərbi Prokurorluqdan faktı təsdiqləyiblər lakin şərh verməkdən imtina ediblər.
Öz növbəsində Yasamal rayon 26-cı Polis Bölməsindən “Turan”-a bildirilib ki zərərçəkənlər ərizə ilə müraciət edib. Təhqiqat başlanıb.