«Həqiqətən də 2008-ci il avqustun 6-da Azercell şirkətinə «Müxalifət» qəzetinin müxbiri müraciət etmişdir. Məktubda 211 rəqəmi ilə başlanan iki nömrə ilə bağlı sual var idi. Azərbaycan qanunvericiliyinə uyğun olaraq avqustun 13-də biz Y.Ağazadəyə rəsmi məktubla cavab göndərdik. Məktubda sualın bir hissəsinə cavab verdik, digəri isə kommersiya sirri olduğundan cavabsız qaldı. Biz «Müxalifət» qəzeti jurnalistinin rəsmi məktubuna cavab vermişik və odur ki, Azercel xidmətinə qarşı iddianı başa düşmürük».
Mənbə: day.az