«Media forum» saytı ATƏT-in Bakı ofisinin mətbuat xidmətinə istinadla xəbər verir ki, 200 gödəkçə ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsinin sponsorluğu ilə hazırlanıb. Gödəkçələri jurnalistlərə Mətbuat Şurası paylayacaq. Təqdimatda ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Xose Luis Herrero bildirib ki, ictimai tədbirlər zamanı, xüsusilə də seçkiqabağı təbliğat dövründə, jurnalistlər üçün təhlükəsiz mühitin yaradılması çox vacibdir.
Mənbə: mediaforum.az