Onun sözlərinə görə, oxşar mərkəzlərin formalaşması Azərbaycanın regionlarında fəaliyyət göstərən telekanallar üzərində monitorinqlərin keçirilməsi ilə bağlıdır. «Əvvəlcə Gəncədə monitorinq mərkəzinin açılışı nəzərdə tutulub ki, Gəncəbasar regionunda telekanalların müşahidəsi aparılsın», – deyə T.Məmmədov vurğulayıb. Onun sözlərinə görə, İcra Hakimiyyəti Milli Şuraya yer ayıracağı təqdirdə regional telekanalların monitorinqinin keçirilməsinə dair lazımi işlər görüləcək.
Mənbə: day.az