«Mən və Yaşar Ağazadə azadlığa prezidentin əfv fərmanı ilə çıxmışıq. Azadlıqda olsaq da, 2,5 il müddətinə cinayət məsuliyyəti üzərimizdən götürülməyib. Bunun üçün biz Yasamal rayon məhkəməsinə müraciət etsək də, iddiamız təmin olunmadı», – deyə R.Kəbirli söyləyib. Jurnalist indi də Bakı Apelasiya məhkəməsinə üz tutduqlarını, məhkəmə araşdırılmasının isə sentyabrın 11-də keçiriləcəyini deyib.
Mənbə: day.az