Bax bu yaxşı zəmanə idi! Hətta başlayan müharibə belə şən yaşamağa mane olmadı. Müvəqqəti hökumətin hakimiyyəti zamanı isə elə azadlıq verildi ki:
Bolşeviklər bütün bu sevincləri bir dəfəyə ləğv etdilər. Artıq 1917-ci il oktyabrın 27-də mətbuat haqqında dekret buraxıldı, bununla yeni hakimiyyə orqanlarına «burjua» nəşrlərinin fəaliyyətinin dayandırılmasına dair hüquq verildi, 1918-ci il 23 dekabr dekreti ilə isə Hərbi-inqilabı Komitəyə KİV-in senzurası və ümumi nəzarətinə dair tam hüquq verildi.
Çox keçmədən Narkomprosun daxilində Ədəbiyyat və nəşrlər üzrə Baş idarə yaradıldı, bu da senzura, nəhayət yenidən ləğv edilənə qədər, 80-cı illərin sonunadək sovet jurnalistikasını sıxmışdır.
Lenin-Stalin dövründə yazar ziyalılar qorxu içində idilər: onların hər hansı bir addımı Lyubyanka, sonra isə güllə və ya Vorkuta ilə nəticələnirdi. Brejnev-Xruşyov zamanı nisbətən azadlıq olmasına baxmayaraq, çəkinmədən həbs edə bilərdilər, xaricə buraxmırdılar və Ədəbiyyat Evində kotletlər bərk və dadsız idi. Amma bir anda qəhrəman olmaq olardı, düzdür qəhrəmanlığın aqibəti də çox ciddi olurdu. Hər adam buna cürət etmirdi.
Qorbaçev-Yelsin zamanı aşkarlıq, onun arxasıyca isə atlantik küləklərlə demokratiya da gəldi, hamı çoxdan gözlənilən azadlıq havası ilə nəfəs aldı. Adama elə gəlirdi ki, ziyalı jurnalistlə də qəhrəman, rəhbər və Yeni Rusiyanın biliciləri olacaqlar.
Bir az sonra aydınlaşdı ki, bizdə nə qurbanlar, nə qələm qəhrəmanları, nə də ziyalı bilicilər yoxdur, hər şey darıxdırıcı və maraqsız, fərəhsiz və adidir. «Çində quş qripi, İraqda partlayış, Mayamidə qasırğa, Tverdə korrupsiya». Zəhmli Qlavlit deyil, yalnız Tefal bizim haqqımızda fikirləşir.
Hərdən, hətta elə gəlir ki, yazar kütlələrin içərisindən boğuq inilti eşidilir: bizim hər hansı təqiblərə ehtiyacımız var, heç olmasa lap az, lakin 1905-ci ildəki kimi olsun, «qəsdən» olsa, lap yaxşı olar. «Satraplarla» yenə mübarizə aparmaq, hüquqmühafizəçilərinin görüşündə söz azadlığının boğulması haqqında bəyan etmək, oradan restorana, sonra isə bağa getmək mümkün olsun. Yenə – qəhrəmanlar, yenə – at üstündə!
Lakin xeyr, belə zamanlar qayıtmayacaq. Axı bizdə senzura Konstitusiyanın özü ilə qadağan edilmişdir. Onunla mübahisə edə bilməzsən.
Bu gün ağır jurnalist çörəyini «alın təri ilə» qazanmaq, müxtəlif «qollu-budaqlı mərcanı» hesabına çətinliklə oxunmayan nəşrlərin tirajını artırmaq, sposorlara yaltaqlanmaq, reklamçılar axtarmaq, əsnəyən kütlələri şənləndirmək lazım gələcək. Nə etmək olar – söz azadlığı, məhz bu cürdür.
Lakin bu azadlıq, heç nəyə baxmayaraq, çox zəruridir, o, çox yüksək qiymətlə alınmışdır və böyük sevinclə bütün yazar məsləkdaşları və bizim ziyalıları senzuranın ləğvinin 100 illik yubileyi münasibəti ilə təbrik edirəm. Ura!
Moskva şəhər Dumasının deputatı Mixail Moskvin-Tarxanov