Artıq bir neçə ildir ki, mayın 17-si planetimizin hər yerində Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd olunur.
BMT-nin Baş Məclisi 2006-cı il 26 mart tarixli qətnaməsi ilə hər il mayın 17-nin Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd olunması barədə qərar qəbul etmişdir. Bayramın bu günə təyin edilməsi 1865-ci il mayın 17-də sonradan Beynəlxalq Telekommunikasiya İttifaqı adlanan Beynəlxalq Teleqraf İttifaqının yaradılması ilə bağlıdır.
Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün əsas məqsədi internetdən və informasiya-kommunikasiya texnologiyalarından istifadənin cəmiyyətlərə və ölkələrə verdiyi imkanlar və “rəqəmsal fərqliliyin” aradan qaldırılması barədə məlumatın artırılmasına köməkdir.
Bu tarix bütün proqramçılar, sistem inzibatçıları, internet-provayderləri, veb-dizaynerlər, eləcə də informasiya texnologiyası sahəsində fəaliyyət göstərən hər bir şəxsin bayramı hesab olunur.