Məhkəmədə çıxış edən A.Xəlilin vəkili Elçin Sadıqov Prokurorluğun telekanallara göndərdiyi videosüjeti müdafiə etdiyi şəxsin şərəf və ləyaqətinin təhqiri kimi qiymətləndirərək, yerli və beynəlxalq qanunvericiliyə zidd olduğunu söyləyib. Telekanalların nümayəndələri iddianı başa düşmədiklərini, istintaq tərəfindən təqdim olunan videosüjetin isə telekanallarda cəmiyyətin maarifləndirilməsi məqsədilə nümayiş etdirildiyini vurğulayıblar. Belə ki, tərəflərin dəlil və sübutlarını dinlədikdən sonra hakim Xəqani Tağıyev iddianın təmin edilməməsinə dair qərar çıxarıb.
Mənbə: day.az