3 May Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı Bakıda bir sıra tədbirlər keçirilib.
Bir qrup media və ictimaiyyət nümayəndəsi mərhum jurnalistlər Nəcəf Nəcəfovun və Elmar Hüseynovun məzarlarını ziyarət ediblər.
Daha sonra Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində “XXI əsrdə internetin dövlət tənzimlənməsinə ehtiyac varmı?” mövzusunda dəyirmi masa keçirilib.
RATİ və Media Hüququ İnstitutunun təşkil etdiyi dəyirmi masada internet TV-lərin lisenziyalaşdırılması və internetdə olan sosial şəbəkələrin nəzarətə götürülməsi ilə bağlı dövlət qurumlarının son vaxtlar səsləndirdiyi fikirlərə münasibət bildirilib.
Mayın 3-də Mətbuat Şurasında da dəyirmi masa keçirilib. Tədbiri Mətbuat Şurası və Söz Azadlığı və Jurnalist Peşəkarlığı Koalisiyası təşkil edib.
Dəyirmi masada Söz Azadlığı və Jurnalist Peşəkarlığı Koalisiyasının icrasına başladığı “Etik Jurnalistika Təşəbbüsləri – Azərbaycan” layihəsinin təqdimatı olub.
Söz Azadlığı və Jurnalist Peşəkarlığı Koalisiyasına Jurnalistlərin Həmkarlar İttifaqı, Beynəlxalq Avrasiya Fondu, “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi və Demokratik Jurnalistlər Liqası daxildir.
«Media forum»