Ali Məhkəmə «Azadlıq» qəzetinin məhkum edilmiş baş redaktorunun şikayətini rədd edib

Vəkilin sözlərinə görə, jurnalistin şikayətini əsassız sayan Ali Məhkəmə onu təmin etməyib. E.Sadıqov İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etmək niyyətində olduqlarını deyib. Vəkil Ali Məhkəməyə ünvanlanmış şikayətdə yerli məhkəmələr tərəfindən çıxarılmış qərarların ləğv edilməsi və jurnalistin hüquqlarının pozulması ilə bağlı kompensasiyaların ödənilməsinin zəruriliyinə işarə edildiyini vurğulayıb.

Qeyd edək ki, məhkəmənin hökmü ilə Qənimət Zahid 4 il müddətinə azadlıqdan məhrum edilib.

Mənbə: day.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO