Nigeriyada bir jurnalist evində uğradığı silahlı hücum nəticəsində həlak olub.
Paytaxt Laqos polis idarəsinin mətbuat katibi Frank Mba “The Nation” qəzetinin müxbiri Edo Uqbaqvunun şənbə günü öldürüldüyünü bildirib. Mba 42 yaşlı müxbirin hansı səbəbdən öldürüldüyünün hələlik bilinmədiyini vurğulayıb.