Bəkir Nəbiyevin “Xəmsə “si

Bəkir Nəbiyevin "Xəmsə"si“ÇİNAR-ÇAP” nəşriyyatı akademik Bəkir Nəbiyevin seçilmiş əsərlərinin beşcildliyini – “Xəmsə”sini nəfis tərtibatda çap etdirib. Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə nəşr edilən cildlərdə yaşı 80-nə yaxınlaşan müəllifin 60 illik fəaliyyətinin müəyyən qismi yer alıb. “Xəmsə”nin birinci cildi “Klassikləri oxuyarkən” adlandırılıb. Bu cilddə verilmiş “Nəsrəddin Tusinin şeir dünyası”, “Klassik poeziya və islami dəyərlər”, “Möcüzənin bayramı – Yunus İmrə”, “Füzuli məktəbinin görkəmli nümayəndəsi Hacı Rza Səyyaf” yazıları müəllifin misilsiz klassik mənbəyə dərindən bələd olmasından xəbər verir. Beşcildliyin hər bir kitabının mündəricatında verilən başlanğıc yazı sonrakı mövzulara giriş kimi nəzərdə tutulub. I cildin “Ədəbiyyat tarixçiliyinin atası” Firudin bəy Köçərliyə, II cildin “Böyük Vətən müharibəsi və Azərbaycan ədəbiyyatı”na həsr edilməsi, III cildin “Xəlil Rza Ulu türkün həyatı, mübarizəsi və ədəbi irsi” adlandırılması, IV cildin “Heydər Əliyev haqqında etüdlər”lə başlanması, V cilddə “Həyat və bədii həqiqət” məsələsinin qaldırılması, heç şübhəsiz konseptual mahiyyət daşıyır. Yeni nəşrdə diqqət çəkən üstün cəhətlərdən biri də müxtəlif cildlərə “Ön söz” yazmış müəlliflərin sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov, filologiya elmləri doktoru, professor Vaqif Arzumanlı, AMEA-nın müxbir üzvü Teymur Kərimli, filologiya elmləri namizədi Nikpur Cabbarlı, filologiya elmləri doktoru, professor Qəzənfər Kazımov akademik Bəkir Nəbiyevin yazıları haqqında söz açmalarıdır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO